"Seltik"in futbolçusu: "Cavab matçının daha çətin keçəcəyini bilirik"

20:53 - 30 İyul 2015

"Qarabağ" topla oynamağı çox yaxşı bacarır"

 

"Seltik"in belçikalı müdafiəçisi Dedrik Boyata Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, qarşılaşmada yeganə qolun müəllifi Bakıda onları çətin matçın gözlədiyini deyib: "Komndamız qələbə qazandı və səfərə üstün yollanacağıq. Amma qarşıda daha bir matç var. Həmin oyunun daha çətin keçəcəyini bilirik. Hələ oyundan öncə də bilirdik ki, "Qarabağ" topla oynamağı çox yaxşı bacarır. Onlar topu özlərində saxlamaqla yanaşı, hücum üçün yaxşı imkan ələ düşməsini gözləyirdilər."

Xəbər xətti