İsveçlilərə əmanət
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qitə futbol qurumu bu qarşılaşmanı isveçli hakimlərə tapşırıb. Görüşün baş hakimi Martin Stromberqsson təyin olunub. Ona Daniel Qustavssonla Stefan Hallberq kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ"la "Seltik" arasındakı cavab qarşılaşması avqustun 5-də 21:30-da start götürəcək.
saytlarin hazirlanmasi