"Heyətdə də müəyyən dəyişiklik etmişdik"
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan "Seltik" Şotlandiya çempionatının ilk turunda "Ross Kaunti”ni məğlub edib.
Sportal.az xəbər verir ki, 2:0 hesablı qələbə ilə başa çatan oyundan sonra "zolaqlılar”ın baş məçqçisi Ronni Deyla matçla bağlı fikirlərini açıqlayıb.
Norveçli mütəxəssis oyunçularının yorğun olduğunu qeyd edib: "Hər zaman yaxşı oynamaq istərsən. Bu gün "Seltik" matçın ilk 55-60 dəqiqəsində yaxşı oynadı. Amma son yarım saatda komanda məzmunsuz oyun sərgilədi. Kollektiv şəkildə mübarizə apara bilmədik. Futbolçular tez-tez top itirirdilər və bu, məyusedicidir. Aydın məsələdir ki, ardıcıl oyunlardan sonra futbolçularda yorğunluq yaranıb. "Qarabağ”la ilk oyunumuzdan cəmi 2 gün yarım keçmişdi. Bəzi futbolçularımın yorğun olduğu dərhal hiss olunurdu. Heyətdə də müəyyən dəyişiklik etmişdik”.
"Seltik"inbaş məşqçisi zədəli futbolçuları və “Qarabağ”la keçirəcəkləri matç haqqında fikirlərini də bildirib: "Kommons üçün hələ start heyətinə düşmək tezdir. Fiziki formasını tam bərpa etməlidir. Nir Bittonun problemi yoxdu, oyuna hazır olacaq. Mikael Lustiq də səylə məşq edir. Onu hələlik həftədə 1 oyunda oynada bilərik. Amma tədricən özünə gəlir. Yeganə narahatlıq doğuran məqam Çarlz Malqryu ilə bağlıdır. Onun "Qarabağ”a qarşı oynayıb-oynamayacağına qəti qərar vermək tezdir. Məncə, 100 faiz hazır deyil. Amma yenə də oyun gününü gözləməliyik”.
saytlarin hazirlanmasi