"Seltik"in futbolçusu: "Qarabağ" oyunu ilə güclü komanda olduğunu göstərdi"

10:33 - 4 Avqust 2015

"Çəkinmədən öz oyunumuzu göstərmək istəyirik"

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şotlandiyanın "Seltik" klubu cavab qarşılaşması üçün ölkəmizə gəlib.

 

Sportal.az xəbər verir ki, Şotlandiya çempionunun qapıçısı Kreyk Qordon "Qarabağ"la keçirəcəkləri oyun haqda ehtiyyatlı danışıb: "Bakıya çətinliklə gəlmişik. Əziyyətimizin hədər getməyəcəyinə inanıram.Burada ağıllı oynamalıyıq. Xüsusən də, müdafiə xəttində səhvsiz çıxış etmək lazımdı. Çalışmalıyıq hücumda da fəallıq göstərək. Çünki burda vuracağımız bir qol bizi pley-offa daşıya bilər. Bilirik ki, rəqib qol vurmaq üçün hücuma atılacaq, bizə təzyiq edəcək. "Qarabağ" oyunu ilə güclü komanda olduğunu və bizə qalib gələcək gücdə olduğunu göstərib. Ancaq bundan çəkinmədən öz oyunumuzu göstərmək istəyirik".

 

Qeyd edək ki, "Qarabağ" – "Seltik" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.

Xəbər xətti