"Seltik"in məşqçisi: "Qazonun durumu "Qarabağ"a daha çox təsir edəcək"

12:57 - 4 Avqust 2015

"Qarabağ" yerlə oynamağı sevən komandadı"

 

"Seltik"in məşqçisi Con Kollinz UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, şotland mütəxəssis stadionun qazonu ilə bağlı yaşanan problemdən şikayətlənib: "Şübhəsiz ki, müəyyən narahatlıqlar var. ÇL-in üçüncü təsnifat mərhələsinin oyunu yaxşı stadionda keçirilməlidir. Amma elə olmasa da, buna uyğunlaşmağımız lazımdır.Bakı səfəri öncəsi mənə zəng edib dedilər ki, meydança o qədər də yaxşı vəziyyətdə deyil. Bunun matçın keçirilməsinə mane olacağını düşünmürəm. Orada çox yüksək temperatur hökm sürür. Bu da qazona təsiredib. Lakin meydançanın durumunun necə olmasından asılı olmayaraq, hər iki komanda eyni şərtlər altında oynayacaq".

 

Kollinz qazonun pis olmasının "Qarabağ"a daha çox təsir edəcəyini deyib: "Qarabağ" yerlə oynamağı sevən komandadır. Ona görə də qazonun durumu onlara daha çox  təsir göstərəcək. İstənilən hava şəraitinə və meydana uyğunlaşmaq lazımdır".

Xəbər xətti