Kassadan əvvəl "işbazlar" qarşılayır
Ölkəmizi Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” klubu “Pley off” mərhələsinə vəsiqə qazanmaq üçün Şotlandiyanın “Seltik” klubu ilə cavab görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, oyuna böyük maraq var, belə ki, bu saatadək 25 mindən çox bilet satılıb. Lakin bilet satışında yenə də işbazların əli var.
Tofiq Bəhramov adına Respubilka Stadionu ətrafındakı bu mənzərə futbol həvəskarlarına yaxşı tanışdır. Sevimli komandalarının oyununa bilet almaq istəyən azarkeşləri kassadan əvvəl işbazlar qarşılayır. Yaxşı yerlərə biletləri yalnız onlardan almaq mümkündür. Kassa xidmətinin əməkdaşı isə məsləyə bu cür aydınlıq gətirdi.
Çəkiliş apardığımız zaman bu ərazidə işbazların at oynatdığının şahidi olduq. Onlar hətta çəkiliş qrupumuzun işinə müdaxilə etməkdən belə çəkinmədirlər. «Qarabağ» FK -nun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə “qara bazarın “ qarşısını almaq üçün polis əməkdaşlarına müraciyyət etdiklərini bildirdi. Əlbəttə, oyun qaydalarını pozanların cəzalandırılması müsbət haldır. Lakin bu mənzərənin bir daha təkrarlanmaması üçün bu sahədə konkret addımlar atılmalıdır. (Lider TV)
saytlarin hazirlanmasi