"Qarabağ"dan azarkeşlərə müraciət: "Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq"

18:22 - 7 Avqust 2015

"Lütfən, rəqibin feysbuk səhifəsində artıq-əskik fikirlər yazmayaq"
 
Artıq avrokuboklarda mübarizə aparacaq klublarımızın püşkatmada rəqiblərinin bilinməsindən sonra azərbaycanlı feysbuk istifadəçiləri rəqib komandaların rəsmi səhifələrinə daxil olmağa və əks tərəfi təhqir etməyə başlayıb.  Heç şübhəsiz ki, "Qarabağ" və "Qəbələ"nin rəqibləri olan "Yanq Boyz" (İsveçrə) və "Panatinaikos"un (Yunanıstan) rəsmi səhifələri bundan əvvəlki xarici klublar kimi bir müddətdən sonra Azərbaycandan girişi bağlamaq məcburiyyətində qalacaq.
 
Sportal.az xəbər verir ki, bunun üçün "Qarabağ"ın rəsmi səhifəsi azarkeşlərə müraciət edib. Müraciətin mətnini təqdim edirik:
 
"Hörmətli, xalqımız. Lütfən, rəqibin feysbuk səhifəsində artıq-əskik fikirlər yazmayaq. Alicənablığımızı nümayiş etdirək. Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq.
Mümkün qədər bu statusu paylaşaq, xalqımızın gözəl əxlaqını sərgiləyək..."

Xəbər xətti