"Qarabağ"ın iki nümayəndəsi "Yanq Boyz"un oyununda

15:35 - 13 Avqust 2015

Rəhmanov və İbrahimov İsveçrədə
 
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" İsveçrə çempionatının 5-ci turu çərçivəsində "Luqano" klubunu qəbul edib. "Gənc oğlanlar" bu oyunda gözlənilmədən 0:1 hesabı ilə məğlub olublar.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın iki nümayəndəsi bu qarşılaşmanı birbaşa stadiondan izləyib. Belə ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov və Qurban Qurbanov köməkçisi Elçin Rəhmanov rəqibləri haqda bəzi qeydlər götürüb.

Xəbər xətti