"Əksər futbolçular ilk dəfə idi ki, bir yerdə oynayırdı"

01:27 - 16 Avqust 2015

Elvin Yunuszadə: “Komandaya uyğunlaşmaq üçün heç bir problem yoxdur"
 
“Əsas olan üç xal idi ki, onu da qazandıq. Belə isti havada süni meydançada oynamaq bir qədər çətinlik yaradırdı. Bütün bunlara rəğmən qalib gəlməyi bacardıq". 
 
Sportal.az xəbər verir ki,  bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Yuniszadə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Rəvan"la səfər qarşılaşmasından sonra deyib. 
 
O, yeni komandasına uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib:
 
"Ola bilər ki, oyun bizim üçün çətin alındı. Əksər futbolçular ilk dəfə idi ki, bir yerdə oynayırdı. Belə matçlar mənim üçün də bir sınaqdır. 

İnanıram ki, baş məşqçimiz mənə şans verəcək. Sadəcə bir qədər səbirli olmaq lazımdır. "Qarabağ"da atmosfer çox gözəldir. Komandaya uyğunlaşmaq üçün heç bir problem yoxdur".

Xəbər xətti