"Ağdam bu gün ruhlar şəhəridir"
Avqustun 20-də Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubunun qonağı olacaq.
Sportal.az xəbər verir ki, Berndə keçiriləcək bu oyun öncəsi İsveçrə klubu Ağdam təmsilçisi barədə azarkeşlərinə maraqlı məlumatlar çatdırıb.
Belə ki, "Qarabağ"ın tarixinə toxunan isveçrəlilər bunları qeyd ediblər: "Qarabağ" son illər Avropa Liqasında müsbət mənada fərqlənməyi bacarıb və iki dəfə Azərbaycan çempionatının qalibi olub. Bu klub 2009-cu ildən etibarən daimi olaraq avrokuboklara qatılır. Ötən mövsüm isə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər, Milan "İnter"i və Ukrayna "Dnepr"indən sonra üçüncü yeri tutublar. "Qarabağ" turniri acınacaqlı vəziyyətdə tərk edib. Çünki "İnter"in qapısına vurduqları təmiz qol sayılmayıb. Nəticədə, "Qarabağ" qrupda qaldığı halda, növbəti mərhələyə ikinci yeri tutan "Dnepr" yüksəlib. Hansı ki, bu klub finalın turnirinə kimi irəliləməyə nail oldu. Bütövlükdə, "Qarabağ"ın həmin mövsümdəki çıxışını müsbət adlandırmaq olar.
"Qarabağ" ötən mövsüm Emeqaranı transfer edib. Hansı ki, o, İsveçrədə də oynamışdı. Emeqara bu klubda 5 qola imza atıb.
"Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubunu keçə bilməyib (0:0, 0:1).
"Qarabağ" futbol klubu Ağdamı təmsil edir. Amma 1993-cü ildən Bakıda məskunlaşıb. Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub. Ağdam bu gün ruhlar şəhəridir".
saytlarin hazirlanmasi