Komanda bu gün son məşqinə çıxacaq
	 
	Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubunun qonağı olacaq "Qarabağ" artıq Berndədir. 
	 
	Sportal.az xəbər verir ki, ötən gün çarter reysi ilə səfərə yollanan Ağdam təmsilçisi təxminən 5 saatlıq yolçuluqdan sonra İsveçrə paytaxtına çatıb. Baş məşqçi Qurban Qurbanov bu gün Berndə oyunun keçiriləcəyi arenada mətbuat konfransı keçirəcək, eləcə də futbolçularını son məşqə çıxaracaq.
	 
	Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı avqustun 20-də keçiriləcək və saat 23:00-da start götürəcək.
	 
                      
saytlarin hazirlanmasi