Komandasına stadiondan dəstək olacaq
Bu gün Avroliqanın "pley-off" mərhələsinin ilk qarşılaşmasında təmsilçimiz "Qarabağ" səfərdə İsveçrə "Yanq Boys"unun qonağı olacaq.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də bu gün İsveçrəyə yollanıb. O, komandasına bu matçda stadiondan dəstək olacaq.
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi