Pley-off mərhələsində...
Məlum olduğu kimi, "Qarabağ" avrokuboklarda 50 qol həddinə çatan ilk Azərbaycan komandasıdır.
Sportal.az xəbər verir ki, ötən avrokubok mövsümündə "Tvente"ylə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Muarem Muarem "köhlən atlar"ın yubiley qoluna imza atmışdı. Makedoniyalı futbolçu "Qarabağ"ın 51-ci qolunun da müəllifi olmuşdu. O, "Dnepr"lə Avropa Liqasının səfərdə keçirilən qrup matçında yeganə qolu vurmuşdu.
Azərbaycan çempionunun ötən avrokubok mövsümündə sonuncu- 53-cü qolunun müəllifi "Sent Etyen"lə Fransadakı görüşdə fərqlənən Vüqar Nadirov olmuşdu.
"Qarabağ"ın cari avrokubok mövsümündə hələ ki, yeganə olan qolunu "Rudar"la səfər oyununda Reynaldo vurub. Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində qeydə alınan bu qol "kölən atlar"ın avrokuboklardakı 54-cü qolu olub. Avropa Liqasının pley-off mərhələsində "Yanq Boys"la qarşılaşacan "Qarabağ"ın heyətində Riçard Almeyda komandasına qələbə qazandıran qolu vurmaqla 55-ci qola öz imzasını atdı.
saytlarin hazirlanmasi