"Qazonun vəziyyəti hamıya məlumdur"
İsveçrənin "Yanq Boyz" klubunun futbolçusu Milan Vilotiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, oyundan keçirilən mətbuat konfransnda bunları söyləyib:
"Çox çətin oyun olacaq. Qazonun vəziyyəti hamıya məlumdur. Amma istənilən halda oynamaq lazımdır. Fikrimcə, hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanmaq şansı bərabərdir. Baxmayaraq ki, biz ilk oyunda uduzmuşuq. Əvvəllər də evdə uduzub, ikinci oyunda cütün taleyini həll etdiyimiz oyunlar olub".
saytlarin hazirlanmasi