Elvin Məmmədov: "Hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm"

18:32 - 1 Sentyabr 2015

"Hərkəs bir gün dünyasını dəyişəcək"

 

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Milli futbolçu bu səbəbdən `Yanq Boys`la cavab oyununu buraxmalı olmuşdu.  Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bugündən etibarən məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, Elvin klubun rəsmi saytına açıqlamasında baş verənləri dəyərləndirib:

 

"Hərkəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə özü təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da  mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boys"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bugündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".

Xəbər xətti