Armenteros və Migel Markos Madera rəsmən "Qarabağ"da

17:43 - 2 Sentyabr 2015

Siyahıya salındı

 

Ötən mövsüm "qızıl dubla"a sahib çıxmış, ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" transfer pəncərəsinin son günündə 2 keçidi rəsmiləşdirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın ilk transferi Samuel Kristian Nunez Jansson Armenterosdu. 25 yaşlı futbolçu son klubu Hollandiya erediviziya təmsilçisi "Vilhem II" olsa da `Anderlext`ə məxsusdur. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. Daha öncə "Feyenord"un da formasına geyinən forvardla 2 illik müqavilə bağlanılıb.

 

"Qarabağ"ın digər transferi isə Migel Markos Maderadı. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu "Makkabi" (Hayfa) olub. Karyerasına "Sportinq"də  (İspaniya) başlayan 29 yaşlı futbolçunun `Birmingem`in ardından "AEK"ə keçib. Karyerasının ən yaxşı dönəmi isə ölkəsində "Xetafe"də keçirib. 3 il La liqada oynayan "Michel" ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.

 

Hər 2 futbolçuyla 2 illik müqavilə bağlanılıb. Adı çəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.

Xəbər xətti