"Qarabağ"lı əvvəl hovuzda çimdi, sonra yığmanın oyununa baxıb üzüldü FOTOLAR

00:08 - 8 Sentyabr 2015

Yeni transfer fərdi məşqlə kifayətlənib
 
"Qarabağ"ın hücumçusu Raydell Pupon dünən istirahətini boş keçirməyib.
 
Sportal.az qaynar.info-ya istinadən xəbər verir ki, o, ailəsi və "Qarabağ"a yeni qoşulmuş Samuel Armenterosla birgə müvəqqəti qaldığı "Four Seasons" otelində istirahət edib.
 
Belə ki, dünən "Qarabağ"da məşq olmayıb. Yalnız Armenteros bazada fərdi məşqlə kifayətlənib. Bundan sonra Armenteros Puponla birgə adıçəkilən otelin hovuzunda yaxşıca əyləniblər. 
 
Axşam isə hollandiyalı Pupon yığmasının Avropa çempionatının seçmə mərhələsində Konyada Türkiyə ilə keçirdiyi matça baxmaq üçün kompüter arxasında oturub. Bu matçı isveçli olsa da, Hollandiyada yaşayan Armenteros və onların meneceri Sərkan Kulüp də izləyib. Ancaq türkiyəli menecer 3:0-a sevinsə də, digər 2 nəfər hollandların acı məğlubiyyətinə üzülməli olub.
 
Sonda həmin anın fotolarını təqdim edirik.
 

Xəbər xətti