"Ən yaxşısına çalışacam"
"Qarabağ"ın transfer pəncərəsinin son günündə Migel Markos Madeyra və ya qısaca "Miçel"lə müqavilə bağladığını xəbər vermişdik. Artıq Bakıda olan ispaniyalı yarımmüdafiəçiylə 2 illik saziş imzalanıb.
Sportal.az xəbər verir ki, "Xetafe"nin sabiq yarımmüdafiəçisi klubun rəsmi saytına təəssüratlarını bölüşüb:
"Qarabağ"a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son 2 ildə çempion olmaları, Avropa liqasında uğurlu çıxış komandanın hədəflərindən xəbər verir. Belə tanışlarım vasitəsiylə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazasıyla, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. "Qarabağ"da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istədiyim odu ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında payım olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam`
saytlarin hazirlanmasi