Komanda hazırlıqlara Gəncədə davam edəcək
	 
	Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem"in qonağı olacaq son Azərbaycan çempionu "Qarabağ"ın  sabah Lomdona yollanacağı barədə məlumat vermişdik.
	 
	Klubdan Sportal.az-a verilən məlumata görə, Ağdam təmsilçisi bu matçdan sonra Bakıya yox, Gəncəyə qayıdacaq. Buna da səbəb Azərbaycan Premyer Liqasının növbəti - 5-ci turunda"Kəpəz"in qonağı olmasıdır. Komanda həmin oyunun hazırlıqlarına məhz Gəncədə davam etdirəcək.
	 
	Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 17-si Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
                      
saytlarin hazirlanmasi