Almeyda: "Ancaq mən də, komanda yoldaşlarım da yaxşı hazırlaşmışıq"

00:01 - 17 Sentyabr 2015

"Tottenhem"lə oyun haqda fikirlərini bildirib
 
“Avropa Liqasının qrup mərhələsində yenidən iştirak edəcəyimiz üçün şadam. Sabah bizi çətin oyun gözləyir”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.
 
UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində sabah Londonda “Tottenhem”lə qarşılaşacaq çempionumuzun futbolçusu oyun haqqında fikirlərini bölüşüb və ümidli olduğunu bildirib:
 
“Ancaq mən də, komanda yoldaşlarım da yaxşı hazırlaşmışıq və özümüz inanırıq. Matçın sonunda hər şeyin bizi sevindirəcəyini ümid edirik”. (apasport.az)

Xəbər xətti