"Rəqibimizə hörmətlə yanaşırıq"
Bu gün Avroliqanın qrup mərhələsinin ilk matçında təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Maurisio Poçettino bu matç haqda fikirlərini bildirib:
"Qarabağ" güclü komandadır, heyətində təcrübəli və texnikalı futbolçular var. Rəqibimizə hörmətlə yanaşırıq. Bu qarşılaşmaya tam hazırıq. Rəqibin heyətində elə futbolçular var ki, hər an bizə çətinlik yarada bilər. Komandama güvənirəm".
saytlarin hazirlanmasi