"Tottenhem"in kapitanı: "Qarabağ"la matçda məqsədimiz yalnız qələbədir"

01:29 - 17 Sentyabr 2015

"Avroliqaya xüsusi önəm veririk"
 
Bu gün Avroliqanın qrup mərhələsinin ilk matçında təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, rəqibin kapitanı Huqo Loriss qarşılaşma haqda öz fikirlərini bildirib:
 
"Avroliqaya xüsusi önəm veririk. "Qarabağ"la matçda da məqsədimiz yalnız qələbədir. Qrupumuzda heç bir komanda zəif deyil. Heç bir komandanı nə favorit, nə də autsayder saya bilmərik. Turnirə qələbə ilə başlayıb qrup lideri başa çatdırmaq istəyirik. Bilirik ki, "Qarabağ"la oyun bizim üçün asan olmayacaq. "Qarabağ" haqda kifayət qədər məlumatımız var, heyətində güclü futbolçular çıxış edir".

Xəbər xətti