"Monako" "Loryan"ı qəbul edəcək
	 
	Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan komandalar növbəti oyunlarına çıxacaq.
	 
	Sportal.az xəbər verir ki, hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext"  bu gün ölkə çempionatında növbəti oyununu keçirəcək.
	 
	“Tottenhem” İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında “Kristal Palas”ı qəbul edəcək. “Monako” Fransa Liqasının 6-cı turunda doğma meydanda “Loryan”la qarşılaşacaq. “Anderlext”  isə Belçika Liqasının 8-ci turunda “Şarleroy”un qonağı olacaq.
	 
	20 sentyabr
	İngiltərə Premyer Liqası, 6-cı tur
	17:30.”Tottenhem” – “Kristal Palas”
	 
	Fransa Liqası, 6-cı tur
	20:00.“Monako” – “Loryan”
	 
	Belçika Liqası, 8-ci tur
	21:00.”Şarleroy” – “Anderlext”
                      
saytlarin hazirlanmasi