"Qarabağ"ın futbolçusundan xeyirxah addım FOTOLAR

16:33 - 24 Sentyabr 2015

Kimsəsiz uşaqlar evinə baş çəkdi

 

"Qarabağ"ın və millimizin dayaq yarımmüdafiəçisi Qara Qarayev bu gün Qurban Bayramı münasibəti ilə xeyirxah iş görüb.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu Bakıdakı kimsəsiz uşaq evlərindən birinə baş çəkib.

 

O, internat evinə tək gəlməyib. Belə ki, rus cizgi filminin məşhur simaları - Maşa və Medved, eləcə də klounla gələn Qara uşaqları sevindirib. "Qarabağ"ın futbolçusu kimsəsiz uşaqları müqəddəs bayram münasibəti ilə təbrik edib və onlara hədiyyələr təqdim edib. (Qaynar.info)

 

 

Xəbər xətti