"Monako" Bakıya ciddi itkilərlə gəlir

16:19 - 2 Noyabr 2015

Zədəli futbolçular var

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Monako”da oyunöncəsi heyətlə bağlı ciddi problemlər var.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin bir neçə əsas futbolçusu Bakıdakı matçı buraxa bilər. Oktyabrın 22-də “Qarabağ”la keçirilən ilk matçda zədələnən Tomas Lemar cavab qarşılaşmasında iştirak etməyəcək. O, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Baş məşqçi Leonardo Yardimi qayğılandıran yalnız Lemarın zədəli olması deyil. Koentrao, Uollos, Fares Bahluli, Adama Traore, Temue Bakayoko, Nabil Dirar, Bernardo Silva və hücumçu İvan Kavalyero zədədən əziyyət çəkir. Bu futbolçuların “Qarabağ”a qarşı oynayıb-oynamayacağı hələ dəqiq deyil.

 

Qeyd edək ki, “Qarabağ” – “Monako” qarşılaşması 5 noyabr saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti