"Mən "Qarabağ"la fəxr eləyirəm"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bunları qeyd edib:
"Oyunu qazansaydıq, qrup lideri olacaqdıq. Lakin, alınmadı. Buna baxmayaraq, mən "Qarabağ"la fəxr edirəm. Möhtəşəm oyu sərgilədik. Nəzərə almaq lazımdır ki, rəqib Avropanın adlı-sanlı klublarından biridir. Nəticəyə baxmayaraq, bizim hələ də şansımız var. Biz bu gün gördük ki, "Qarabağ" əsl Avropa klubudur. Mən bu oyuna görə deyə bilərəm ki, bu gün biz 3 xal itirdik. Buraxdığımız qol da sadəcə bəxt amili bizdən üz döndərdi".
saytlarin hazirlanmasi