"Gərgin oyun keçdi"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bunları qeyd edib:
"Maraqlı və gərgin oyun keçdi. Qələbə qazanmaq istəyirdik. Lakin sonlara yaxın üzücü bir qol buraxdıq. "Monako" kimi komandaya qarşı müdafiədən futbol oynayanda onların müdafiəsin yarmaq bir qədər çətin olur. "Monako" ilə hər iki oyunda da pis oynamadıq. Lakin, üzücü məqam odur ki, bu oyundan 1 xal ilə ayrıldıq. Onlar təcrübəli komandadır və ilk dəqiqələrdən hakimə öz etirazları ilə təzyiq etmək istəyirdilər. Lakin, hakim təzyiq altına düşmədi. Bu da onun təcrübəsindən irəli gəlir. Qarşıdakı oyunlara baxmalıyıq. Gələcək oyunlarda hər şey həll olunacaq".
saytlarin hazirlanmasi