"Əlimizdən gələni etdik"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın futbolçusu Qara Qarayev bunları qeyd edib:
"Azarkeşlərə öz təşəkkürümü bildirirəm. Bizi sona qədər tək buraxmadılar. Əlimizdən gələni etdik. Lakin sonda qələbə qazana bilmədik. "Monako" kimi bir komandaya uduzmadıqsa, bu da bir uğurlu nəticə ola bilər. Qol varsa, burda bütün komandanın səhvi var. Lakin düşünmürəm ki, şəxsən mənim səhvim oldu. Bizim şanslarımız çox oldu. Həmin epizodları dəyərləndirə bilmədik. Rəqib isə əlinə düşən 2 fürsətdən birində qol vurdu. Qarşıdakı oyunları düşünməliyik. Fikrimcə, hələ də şansımız var".
saytlarin hazirlanmasi