"Qrupdan çıxmaq şansımız qalır"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın futbolçusu Maksim Medvedev bunları qeyd edib:
"Qələbə qazanmağı çox istəyirdik. Lakin, alınmadı. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, rəqibdən üstün oyun sərgilədik. Matç ərzində daha çox Əl-Şaaraviyə diqqətimi yönəltmişdim. Onun kimi güclü bir futbolçuya qarşı oynamaq çox çətindir. O, istənilən müdafiəçiyə çətinlik yarada biləcək bir futbolçudur. Qrupdan çıxmaq şansımız hələ də qalır. Növbəti matçlarda diqqətli olub qələbə qazanmalıyıq".
saytlarin hazirlanmasi