3 günlük istirahət bitir
"Qarabağ" sabahdan məşqlərə başlayır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli oyunlarla əlaqədar Premyer Liqada yaranmış fasiləylə görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çempionatın XII turunda baş tutmuş "Xəzər Lənkəran"la oyundan sonra komandaya istirahət vermişdi. 3 günlük izin bugün başa çatır və komanda sabahdan növbəti turda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması noyabrın 21-də keçiriləcək.
saytlarin hazirlanmasi