"Qarabağ" natamam heyətlə başladı

19:38 - 12 Noyabr 2015

3 günlük istirahət bitdi

 

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" məşqlərə başlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ölkə çempionatında milli komandaların oyunları səbəbindən yaranmış fasilə ilə əlaqədar baş məşqçi Qurban Qurbanov futbolçulara 3 günlük icazə vermişdi.

 

Bu gün məşqləri bərpa edən "Qarabağ" Premyer Liqanın növbəti turunda qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlaşıb. Bir saat davam edən məşqdə milli komandaların düşərgəsində olan futbolçular və zədəli oyunçular iştirak etməyib.

 

Komanda sabah 1 məşqlə hazırlıqlarına davam edəcək.

Xəbər xətti