"Çətin olacaq, amma öhdəsindən gələcəyəm"
"Uzun fasilədən sonra oynamaq çətindi. Çalışacam yavaş-yavaş əvvəlki formamı bərpa edim. Çətin olacaq, amma öhdəsindən gələcəyəm".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın uzun fasilədən sonra meydana qayıdan futbolçusu Namiq Ələsgərov bildirib.
Artıq zədəsini sağaldan hücumçu əvvəlki formanı bərpa etmək üçün matçlarda oynamağın vacib olduğunu qeyd edib: "Özümdən də asılıdı, məşqlərdə öz üzərimdə işləyəcəm. Oyunlarda oynamaq lazımdı. Bu gün "Rəvan"la yoldaşlıq matçı mənim üçün yaxşı oldu. Əgər baş məşqçi şans verərsə hər matçda 10-15 dəqiqə oynaya bilərəm. Formamı bərpa etmək üçün oynamaq vacibdi".
saytlarin hazirlanmasi