"Qarabağ" azarkeşlərinə şad xəbər

17:23 - 24 Noyabr 2015

Metropoliten müsbət cavab verdi

 

Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək. 

 

Sportal.az  Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
 
Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da “Tottenhem”i qəbul edəcək “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.
 
Nəsimi Paşayev ehtiyac olacağı təqdirdə, bu müddətin daha da uzadıla biləcəyini əlavə edib.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” matçı saat 22:00-da start götürəcək.

Xəbər xətti