"Hər şey öz əlimizdədir"
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu görüşə yaxşı hazırlaşmışıq. Hesab edirəm ki, hər şey öz əlimizdədir. Öz meydanımızda qalib gəlsək, qrupdan çıxmaq şansımız artacaq. Rəqibimizə hörmətlə yanaşırıq, amma onlardan qorxmuruq".
saytlarin hazirlanmasi