"Hakim həmin epizodda oyunu dayandırmalı idi"
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" bu gün Respublika stadionunda London təmsilçisi "Tottenhem"ə 1:0 hesabı ilə məğlub olub.Görüşdən sonra “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda fikirləriniz?
- Oyunumuzdan razı qaldım. Çox çətin oyun keçdi. “Qarabağ” çox güclü komandadır və ilk dəfə meydanında məğlub oldu. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox xoşbəxtəm.
- Belə çətin oyundan sonra London derbisinə necə hazırlaşacaqsınız?
- Təbbi ki, yaxşı əhval-ruhiyyədə qayıdacağıq. Bəlkə də yorğun olacağıq. Amma həmin görüşdə də qalib gəlməyə çalışacağıq.
- Son turda “Qarabağ” “Tottenhem”in qələbəsinə ümid edəcək. Həmin oyuna ciddi yanaşacaqsız?
- Belə deməzdim, çünki biz bütün komandalara ciddi yanaşırıq. “Monako”nu da məğlub etməyə çalışacağıq.
- Harri Keyn “Çelsi”yə keçib-keçməyəcəyi haqda nə deyə bilərsiz?
- Mediada belə xəbərlərə rast gəlmək mümkündü. Keyn bizim əsas futbolçumuzdu və burada xoşbəxtdi.
- İlk hissənin sonlarında “Tottenhem” futbolçuları “feir-pley” qaydalarına riayət etmədi…
- Bəli, bəli… Hakim həmin epizodda oyunu dayandırmalı idi. İlk anda hücum sürətli idi. Fikrimcə, ikinci dəfə topu ələ keçirdiyimiz anda topu meydandan çıxarmaq olardı. Mən də, çox üzgünəm.
saytlarin hazirlanmasi