"Elə bir komandaya qarşı oynayırdıq ki..."
Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" "Tottenhem"ə 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra Əfran İsmayılov oyun haqda fikirlərini bildirib:
"Maraqlı oyun oynadıq. Elə bir komandaya qarşı oynayırdıq ki, rəqibin gücünü hamıya məlum oldu. Azarkeşlər önündə yaxşı da oyun göstərdik. Qrupdan çıxmaq çox istəyirdik. Əlimizdən nə gəldi, nə bacardıq elədik. Künc zərbəsi epizodu gözümün qabağında oldu. Rəşad topu vurdu və top meydanı rəqibdən tərk etdi, amma hakim korner təyin etdi. Həmin küncdən zərbəni də başladılar və qol vurdular. Futbolda belə halların olması normaldır. Ofsayd epizodu barəsində isə heç nə deyə bilmərəm".
saytlarin hazirlanmasi