Elvin Yunuszadə: "Azarkeşlərdən bunu gözləmirdim"

00:08 - 30 Noyabr 2015

"Yorğunçuluğa görə uduzduq"
 
"Komandada yorğunluq var idi. Bu oyunda da özünü hiss etdirdi. Təbii ki, rəqib də yüksəlişdədi. "Neftçi" yeni baş məşqçidən sonra uğurlu çıxış edir. Lənkəranda da oyunlarını izlədik".
 
Sportal.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə "Neftçi" ilə matçdan sonra deyib.
 
Futbolçu sözlərinə belə davam edib:
 
"Biz də bilirdik ki, rahatlaşmaq olmaz. Hələ oyunlarımız qabaqdadı. Bu gün öz oynumuzu oynaya bilmədik. Azarkeşlərin mənə səsləndirdiyi şüarlara da hörmətlə yanaşıram. Əksinə gözləyirdim ki, mənə dəstək olacaqlar. Sözün düzü, azarkeşlərdən bunu gözləmirdim. "Neftçi" bu gün bəzi komponentlərdə bizi üstələdi. Arxayınçılıq deməzdim, sadəcə yorğunçuluğa görə uduzduq".

Xəbər xətti