"Bu fikirlə razı deyiləm"
Premyer Liqasının XIV turunda "Netçi” doğma meydanında "Qarabağ”ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə "Qarabağ”ın futbolçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb:
-Bizim xeyli şansımız oldu. Amma sonda "Neftçi” qazandı. Belə qarşılaşmalar olur. Məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəmirəm. Hər dəfə meydana dəyişkən heyətlə çıxırıq. Bu isə bizə çətinlik yaradır. "Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə ola bilərdi. Qarşıdakı oyunları düşünmək lazımdı.
-Elvin Yunuszadə məğlubiyyəti yorğunluqla əlaqələndirdi...
-Xeyr, məğlubiyyəti yorğunluqla əlaqələndirmək olmaz. Yunuszadə avrokubok matçında meydana çıxmayıb (gülür). Biz bəhanə gətirə bilərik. Amma məğlubiyyətə bəhanə axtarmaq lazım deyil.
-Son oyunlarda qapı qarşısına çatdıqda nə edəcəyini özün də bilmirsən. Bu barədə nə deyə bilərsən?
-Bu fikirlə razı deyiləm. "Neftçi” ilə oyunda bir zərbəm dirəyə dəydi. Bu futboldu, olmayanda, olmur.
-Ən yaxın izləyicinizlə arada xəl fərqinin çox olması sizi rahatlaşdırmadı?
-Düzünü desəm, ikinci yerdə gedən komanda ilə aramızdakı xal fərqinin neçə olduğunu bilmirdim. Əsas odu ki, yenə birinciyik. Qələbələrin davamını gətirmək lazımdı. Belə məğlubiyyətlər olur. Əsas odur ki, belə oyunlardan nəticə çıxaraq.
saytlarin hazirlanmasi