"Qarabağ"ın futbolçusu: "Şəmkir"ə zəif rəqib kimi baxmırıq"

15:41 - 2 Dekabr 2015

"Bu oyun bizim üçün çox vacibdi"

 

"Neftçi" ilə görüş arxada qaldı. Artıq bu oyunu unudub bütün diqqətlərimizi bu gün "Şəmkir"lə oynayacağımız kubok matçına yönəltmişik".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Vüqar Mustafayev deyib.

 

Gənc yarımmüdafiəçi qələbə qazanıb kubokda növbəti mərhələyə yüksəlmək istədiklərini bildirib: "Şəmkir"lə oyuna ciddi hazırlaşırıq. Bu oyun bizim üçün çox vacibdi. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Şəmkir"ə zəif rəqib kimi baxmırıq. Komandada heç bir arxayınçılıq yoxdu. Qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".

 

Qeyd edək ki, "Qarabağ" - "Şəmkir" matçı bu gün saat 18:00-da "Azərsun Arena"da baş tutacaq.

Xəbər xətti