Qurban Qurbanov: "Şəmkir"lə görüşün bizim üçün faydası çox oldu"

21:15 - 2 Dekabr 2015

"Biz I Diviziona daha çox diqqət ayırmalıyıq"

 

“Şəmkir”lə görüşdən sonra düşündüm ki, biz I Diviziona daha çox diqqət ayırmalıyıq. Açığı, rəqibin oyununa baxmışdıq, onları təhlil etmişik. Amma istənilən halda futbolçuları belə bir oyuna kökləmək çətindi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şəmkir"lə matçdan (2 - 0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdamlıların çalışdırıcısı "Şəmkir"in onlara çətinlik yaratdığını bildirib: "Hesab edirəm ki, “Şəmkir” bizə çox çətinlik yaratdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, bu münasibətlə futbolçuları və azarkeşləri təbrik edirəm. Sıx qrafikimiz var, həm çempionat, həm də avrokubok matçına hazırlaşmalıyıq. “Şəmkir”lə görüşün bizim üçün faydası çox oldu”.

Xəbər xətti