Kapitan sıraya dönür
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçularının son durumu barədə məlumat verib.
Sportal.az xəbər verir ki, o, Ansi Aqollidə hələ də problem olduğunu deyib. Q.Qurbanov Rəşad Sadıqovun zədəsinin isə sağalmaq üzrə olduğunu vurğulayıb:
"Ansi Aqolli də hələ də problem var. O, bu gün məşqə çıxdı, amma hələ də ağrı hiss edir. Onun "Anderlext"lə oyuna çıxıb-çıxmayacağını dəqiq deyə bilmərəm. Ola bilər, zədəsinin sağalmaq müddəti uzansın. Rəşadın zədəsi isə sağalmaq üzrədir. Hazırıqlıqlar yaxşı səviyyədə davam edir. Bu gün də fərdi qaydada məşq etdi".
saytlarin hazirlanmasi