Oyundan iki gün öncə
Avropa Liqasında mübarizə aparan təmsilçimiz "Qarabağ” qrup mərhələsinin son turunda Belçikada "Anderlext”in qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin Belçikaya gedəcəyi tarix bəlli olub. Təmsilçimiz dekabrın 8-də çarter reysi ilə Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
Qeyd edək ki, "Anderlext” – "Qarabağ” oyunu dekabrın 10-da baş tutacaq. Komandalar arasında baş tutan ilk oyun "Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.
saytlarin hazirlanmasi