C qrupunda
Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın da rəqibləri bəlli olub.
Belə ki, İzmir təmsilçisi C qrupunda "Kastamonuspor", "Ahisar Bələdiyyəspor" və "Qalatasaray"la mübarizə aparacaq.
Qeyd edək ki, ilk turun oyunları 15-17 dekabr aralığında keçiriləcək Türkiyə kubokunda 32 komanda 8 qrupda mübarizə aparır.
saytlarin hazirlanmasi