"Bursaspor" danışıqlar aparır
Türkiyənin “Bursaspor” klubu Ərtoğrul Sağlamın istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” hollandiyalı mütəxəssis Klarens Sedorfla danışıqlar aparır. Türkiyə mətbuatının məlumatına görə Bursa təmsilçisinin prezidenti Rəcəb Bölükbaşı Sedorfla görüşüb. Əgər razılıq əldə olunarsa 39 yaşlı mütəxəssis “Bursaspor”u çalışdıracaq.
Qeyd edək ki, 2014-cü ildə futbolçu karyerasına son qoyan Sedorf “Milan”ı çalışdırıb. O, 22 qarşılaşmada komandanın sükanı arxasında olub.
saytlarin hazirlanmasi