Sportal.az xəbər verir Superliqanını iddialı klublarından olan "Antalyaspor” baş məşqçisi Yusuf Şimşəklə yollarını ayırıb. Ardıcıl 7 oyundur ki, xal itkisi ilə üzləşən Antalya təmsilçisi baş məşqçisini göndərmək qərarı alıb. Bu barədə komandanın prezidenti Gültekin Gencer məlumat verib. O, dünən keçirdiyi klubdaxili iclasdan sonra bu qərarını açıqlayıb.