Baş məşqçi tapılanadək
Türkiyənin "Antalyaspor” klubunun baş məşqçisi Yusuf Şimşəklə yollarını ayırması ilə bağlı məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Yusuf Şimşəklə birlikdə köməkçilərinin də klubdan ayrılmasından sonra Antalya təmsilçisi baş məşqçisiz qalıb. Belə olan halda ulduz futbolçu Samuel Eto bütün yükü öz üzərinə götürüb. O, baş məşqçi tapılanadək komandanı rəhbərliyi altında məşqə çıxarmağı özünə borc bilib. "Antalyaspor” bu gün səhər baş tutan məşqinə məhz kamerunlu futbolçunun və aşağı yaş qrupları üzrə komandanın məşqçisi Mehmet Uğurlunun başçılığı altında çıxıb.
saytlarin hazirlanmasi