Qurban Qurbanov: "Biz qalibiyyət haqda düşünürük"

17:25 - 8 Dekabr 2015

Aqolli "Anderlext"ə qarşı oynamayacaq

 

"Ümidsiz deyilik. Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük".

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Belçika "Anderlext"i ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçı ilə bağlı Brüsselə səfər ərəfəsində deyib. 

 

43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, digər futbolçuların oynamasında problem yoxdur. Q.Qurbanov səfərdə oynamalarına baxmayaraq, "Qarabağ"ın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb.

 

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.

Xəbər xətti