"Qarabağ"ın oyununda ciddi təhlükəsizlik tədbirləri

00:18 - 9 Dekabr 2015

Bu cür hərəkətlərə yol verən azərkeş ciddi cəzalandırılacaq
 
Avropa Liqasının 6-cı turu çərçivəsində Belçikada keçirləcək “Anderlext” - “Qarabağ” oyunda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq.
 
Sportal.az oxu.az-a istinadən xəbər verir ki, “Anderlext” klubu azərkeşlərə müraciət edərək stadiona çanta və paketlər gətirməməyi xahiş edib. Azərkeşlər bir-bir yoxlanılacaq. Bu səbəbdən fanatlara stadiona bir az tez gəlməyi məsləhət görülür. Həmçinin azərkeşlərdən stadionda partlayış səsinə oxşayan, yüksək səs çıxarmamaq xahiş edilir. Çünki bu səslər insanlar arasında panika yaradır. Bu cür hərəkətlərə yol verən azərkeş ciddi cəzalandırılacaq.
 
Xatırladaq ki, oyun dekabrın 10-dan 11-nə keçən gecə Bakı vaxtı ilə saat 00:05 Brüsseldə keçiriləcək.

Xəbər xətti