"Anderlext"in baş məşqçisi: "Qarabağ"la oyun final xarakterli olacaq"

20:53 - 9 Dekabr 2015

"Qarabağ"ın da, bizim də şanslarımız var"
 
Sabah Avroliqanın qrup mərhələsinin son matçında "Qarabağ" səfərdə "Anderlext"in qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, "Anderlext"in baş məşqçisi Besnik Hasi oyun haqda fikirlərini bildirib: 
 
"Sabahkı oyun final xarakterli olacaq. "Qarabağ"ın da, bizim də şanslarımız var. Bizim əvvəlcədən də bildirmişdik ki, hədəfimiz növbəti mərhələyə adlamaqdır. Öz taleyimiz öz əlimizdədir "Qarabağ" gözəl futbol nümayiş etdirən komandadır. Çalışacağıq ki, qələbə qazanıb növbəti mərhələ adlayaq".

Xəbər xətti