Qurban Qurbanov: "Zirə" göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdi"

00:13 - 14 Dekabr 2015

"Futbolçularda arxayınlıq yoxdu"
 
Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ" səfərdə "Zirə" ilə 0 - 0 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyun haqda fikirləriniz?
- Hər iki komanda ehtiyatlı oynadı. Ancaq maraqlı oyun alındı. Qalib gəlmək üçün bir neçə dəyişiklik etdik, ancaq alınmadı. Futbolçulardan razıyam. 

- İlk dövrədə "Qarabağ" böyük hesabla qalib gəlmişdi. Bu oyun isə heç-heçə bitdi...
- Bu oyunda komandamın çıxışından razıyam. Əvvəlki oyunda qalib gəlsək də, qollardan 3-ü standart vəziyyətlərdən vurmuşduq. Bu dəfə isə rəqib standart vəziyyətlərdə daha diqqətli idi. Bir daha şahid olduq ki, çempionatda hər bir komanda xal qazanmağa qadirdi. Rəqib göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdi.

- "Qarabağ" xal qazansa da, rəqibləri xal itirir. Komandada buna görə arxayınlıq yoxdu ki?
- Futbolçularda arxayınlıq yoxdu. Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmiəm. Sadəcə, bəzi oyunlarda fiziki yorğunluq olur. 

- Maksim Medvedev bir müddət sol cinahda oynasa da, bu gün yenə sağda oynadı. Bu onun sol cinahda ümidləri doğrultmamasıyla bağlı idi?
- Xeyr, mən onun oyunundan hər iki mövqedə razıyam.

Xəbər xətti